Interposta.Info

ABŞ-a böyük zərbə: Türkiyə, İran və Rusiya...

Siyasət
 8-05-2019, 19:42     10 411

İran ABŞ-ın sanksiyalarından kənarda Türkiyə və Rusiya ilə ticarəti mümkün edən mexanizm yaradıb.

Bu barədə İranın Xarici işlər naziri Məhəmməd Cavad Zərif danışıb.

Nazir bildirib ki, onların mexanizmi Avropa İttifaqı ölkələrinin ABŞ-ın İrana tətbiq etdiyi sanksiyalardan yan keçmək üçün qurduğu Ticarət Birjalarını Dəstəkləmə Mexanizminə (Instrument in Support of Trade Exchanges - İNSTEX) bənzəyir.

“İranın İNSTEX versiyasının adı SATMA-dır. Avropa İttifaqını məsələ ilə bağlı məlumatlandırmışıq. Bu mexanizmə Türkiyə və Rusiya ilə bərabər, bizimlə ticarət əlaqələri qurmaq istəyən hər kəs daxil ediləcək”.

Zərif qeyd edib ki, İran razılaşmaya sadiq qalacaq: “İranın maraqları Birləşdirilmiş Kompleks Tədbirlər Planı (JCPOA) tərəfindən qorunduğu və Avropa İttifaqı öhdəliklərinə sadiq qaldığı müddətcə biz də razılaşmaya sadiq olacağıq. Aİ İrana sanksiyalarda yardım edə bilməzsə, JCPOA təktərəfli bağlılığı mənasını itirə bilər”.

Qeyd edək ki, 2016-cı il yanvar ayında İran və 5+1 qrupu (ABŞ, Rusiya, Çin, Britaniya, Fransa, Almaniya) arasında Hərtərəfli Birgə Fəaliyyət Planı icra olunub. ABŞ 2018-ci il may ayında nüvə sazişindən çıxdığını bəyan edib və noyabr ayında İrana qarşı sanksiyalar tətbiq edib./publika.az

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26