Interposta.Info

İranın Bakının iştirakı ilə -

Siyasət
 18-04-2017, 15:14     524

İran Fars körfəzini Qara dənizlə birləşdirəcək nəqliyyat dəhlizi yaratmaq istəyir.

APA-nın verdiyi məlumata görə, bunu İran xarici işlər naziri Məhəmməd Cavad Zərif gürcüstanlı həmkarı Mixail Canelidze ilə görüşü zamanı deyib.

“Fars körfəzini Qara dənizlə birləşdirəcək nəqliyyat dəhlizinin yaradılması insanların daha da yaxınlaşmasına töhfə verəcək. Onun yaradılmasında Gürcüstan, İran, Ermənistan və Azərbaycan iştirak etməlidir”, - iranlı nazir bildirib.

M. Zərif Gürcüstan baş naziri Georgi Kvirikaşvilinin yaxın günlərdə İrana səfərini səbirsizliklə gözlədiyini deyib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26