Interposta.Info

“İran Azərbaycan ilə əməkdaşlıq əlaqələrini davam etdirmək niyyətindədir”

Siyasət
 2-12-2017, 16:31     10 488

İran yaxın qonşusu və dostu Azərbaycan ilə bütün sahələr üzrə yaxın əməkdaşlıq əlaqələrini davam etdirmək niyyətindədir

Bu sözləri İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Bakı səfərinin yekunları haqqında jurnalistlərə verdiyi açıqlamada deyib.

Nazir bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev ilə çox səmərəli və faydalı görüş keçirib. Görüşdə ikitərəfli münasibətlərin inkişafı və beynəlxalq vəziyyət müzakirə edilib.

M.C.Zərif tranzit və nəqliyyat sahəsində iki ölkə arasındakı əməkdaşlığın yüksək səviyyədə olduğunu da nəzərə çatdırıb.

“Biz Azərbaycan ilə əlaqələrimizi daha da möhkəmləndirmək istəyirik”,- deyən nazir Azərbaycanın iqtisadi inkişafının davamlı xarakter daşıdığını vurğulayıb(azərtac).

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26