Interposta.Info

İran “iqtisadi terror"la üz-üzə - nazir Zərif ABŞ-ı ittiham etdi

Dünya
 6-04-2019, 21:32     10 425

ABŞ fəlakət içində olan ölkəyə yardım etmir
3 həftədir ki, İranı sel-su basıb. Dayanmadan yağan yağışlar ölkəni fəlakətə sürükləyib. İndiyə qədər 70 nəfər ölüb. 86 min nəfər çadırlara köçürülüb. Min nəfərə yaxın insan helikopter vasitəsi ilə təhlükəli ərazilərdən çıxarılıb. Sabah isə yağmurun daha da şiddətli olacağı gözlənilir...

Bu, təbii fəlakətdirmi? Bəzi mütəxəssislər hesab edir ki, bu fəlakətin səbəbi İranda meşələrin kütləvi şəkildə qırılması ilə bağlıdır. Son 40 ildə İranda mövcud olan meşə ərazisi 3.6 milyon hektardan 1.8 milyon hektara düşüb.

12 min km. avtomobil yolu sıradan çıxıb. Bütövlükdə İran nəqliyyat şəbəkəsinin üçdə biri yararsız hala düşüb.

Bu arada isə xarici işlər naziri Məhəmməd Cavad Zərif İrana iqtisadi sanksiyalar tətbiq edən prezident Donald Trampı ittiham edib: "Bu, sadəcə iqtisadi sanksiya deyil, bu, iqtisadi terrordur"...

Nazir dolayısı ilə etiraf edib ki, iqtisadi sanksiyalar təbii fəlakətin nəticələrinin aradan qaldırılmasına mane olur...

BBC bildirir ki, İranda vəziyyət kritik həddə yüksəlib.

https://www.bbc.com/news/world-middle-east-47837692

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26