Interposta.Info

Həsən Ruhani Böyük Britaniyaya xəbərdarlıq edib

Dünya
 10-07-2019, 17:04     10 379

İran prezidenti Həsən Ruhani Böyük Britaniyanın Cəbəllütariq boğazında İranın neft tankerini saxlamasını səhv addım kimi qiymətləndirib.

APA-nın Tehran bürosunun məlumatına görə, İran prezidenti Nazirlər Kabinetinin iclasında çıxışı zamanı bildirib ki, Böyük Britaniyanın bu addımı dünyada sabitliyin pozulmasına gətirib çıxara bilər.

H. Ruhani Böyük Britaniyaya xəbərdarlıq edərək deyib ki, onların bu hərəkəti hamının ziyanınadır.

İran prezidenti Böyük Britaniyanın bu addımının cavabsız qalmayacağını da vurğulayıb.

Qeyd edək ki, Böyük Britaniya hərbi gəmiləri tərəfindən Cəbəllütariq boğazında İrana məxsus neft tankeri saxlanılıb.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26