Interposta.Info

Həsən Ruhani:

Dünya
 28-03-2017, 19:03     531

Rusiya Prezidenti Vladimir Putin İranı mehriban qonşu və etibarlı tərəfdaş hesab edir.

Bu barədə "Report" TASS-a istinadən xəbər verir.

"Rusiya və İranı coxillik, çoxəsrlik əməkdaşlıq bir-birinə bağlayır. Beş yüz ildən çoxdur diplomatik əlaqələrimiz var" - Rusiya lideri İran Prezidenti Həsən Ruhani ilə görüşdə deyib.

V.Putinin sözlərinə görə, Moskva və Tehran demək olar, bütün istiqamətlərdə çox səmərəli işləyir.

İran Prezidenti Həsən Ruhani Rusiya və İranın əməkdaşlığının üçüncü ölkələrə qarşı yox, regionda sabitliyin möhkəmləndirilməsinə yönəldiyini bildirib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26