Interposta.Info

İrandan türk səfirə sərt xəbərdarlıq -

Dünya
 21-02-2017, 15:27     673

İrandan türk səfirə sərt xəbərdarlıq -
Türkiyənin İrandakı səfiri Xarici İşlər Nazirliyinə çağırılıb.

Axar.az xəbər verir ki, bu barədə İran dövlət televiziyası məlumat yayıb.

Səfir Rza Hakan Tekinin nazirliyə çağırılmasına səbəb kimi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Bəhreyndə, Xarici İşlər naziri Mövlud Çavuşoğlunun isə Münhen konfransında İranla bağlı səsləndirdiyi fikirlər göstərilib.

Türk səfirə məsələ ilə bağlı sərt xəbərdarlığın edildiyi bildirilib.

Qeyd edək ki, Ərdoğan İranın Yaxın Şərqdə fars millətçiliyi siyasətini yeritdiyini bildirmişdi. Çavuşoğlu isə İranın Suriya və İraqı şiə etmək istədiyini iddia etmişdi.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26