Interposta.Info

Almaniya və Türkiyə arasında kritik görüş -

Dünya
 22-07-2017, 21:50     6 079

Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu və Almaniya Xarici İşlər naziri Ziqmar Qabriel arasında telefon danışığı baş tutub.

Axar.az xəbər verir ki, tərəflər son zamanlar iki ölkə arasında yaşanan gərginliyi müzakirə ediblər.

Qeyd edək ki, Almaniya hökuməti Türkiyənin ünvanına sərt fikirlər səsləndirib. Türkiyə isə Berlinin terrorçuluqla mübarizə və milli təhlükəsizliyin təmin edilməsi məsələsində Ankaranın maraqlarını nəzərə alacağına ümidvar olduğunu qeyd edib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26