Türkiyə və Rusiya xarici işlər nazirlərinin telefon danışığı olub
Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu və Rusiya Xarici İşlər naziri Sergey Lavrov arasında telefon danışığı olub.
APA-nın Türkiyə bürosunun xəbərinə görə, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.
M. Çavuşoğlu və S. Lavrov Türkiyə və Rusiya prezidentləri Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin arasında Suriyanın İdlib vilayətində yaşanan gərginliklə bağlı martın 5-də Moskvada keçiriləcək görüşləri barədə fikir mübadiləsi aparıblar.
İnterPosta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26