Interposta.Info

Türkiyənin XİN başçısının Azərbaycana səfəri başlayıb YENİLƏNİB

Siyasət
 6-10-2020, 12:42     586

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlunun Azərbaycana səfəri başlayıb.

“Report” xəbər verir ki, onu Heydər Əliyev Beynəlxalq Hava Limanında Azərbaycan Xarici İşlər nazirinin müavini Ramiz Həsənov, Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral qarşılayıb.

***

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Azərbaycana səfərə yola düşüb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyə XİN məlumat yayıb.

Səfər çərçivəsində Türkiyə XİN başçısının Azərbaycan Prezidenti İlham Əliyev, Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramovla görüşləri nəzərdə tutulub.

Görüşlər zamanı Dağlıq Qarabağdakı son vəziyyətlə bağlı fikir mübadiləsi aparılacaq, regional və beynəlxalq məsələlər müzakirə ediləcək.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26