Interposta.Info

Türkiyə İranın sərt reaksiyasına

Dünya
 20-02-2017, 20:54     761

Türkiyə İranın sərt reaksiyasına

Bu sözlər İranla münasibətlərimizin pisləşəcəyi demək deyil.

Axar.az xəbər verir ki, bunu Türkiyə baş nazirinin müavini Numan Qurtulmuş bildirib.

"Bəzən belə şeylər olur, bu, münasibətlərin pisləşəcəyi demək deyil. Yalnız İran üçün demirəm. Eyni məkanın dost və qardaş dövlətləriyik. Zaman-zaman siyasət fərqli olur. Bu sözlər ölkələr arasında düşmənçilik yaratmaz. Qardaş ölkələr və sərhəd qonşusuyuq", - Qurtulmuş qeyd edib.

Xatırladaq ki, Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu çıxışında “İran Suriya və İraqı şiə etmək istəyir. Bu ölkə bölgənin sabitliyi və təhlükəsizliyi üçün hər cür təxribatları dayandırmalıdır”, - deyib. Daha sonra İran XİN sözçüsü açıqlamasında Türkiyənin və bir neçə başqa ölkənin Orta Şərqdə sabitliyi pozduğunu bildirib: "Bizim də səbrimizin bir sərhədi var".

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26