Interposta.Info

ABŞ artıq supergüc deyil, Türkiyə ilə yaxınlaşaq -

Dünya
 8-03-2017, 16:17     632

ABŞ artıq supergüc deyil, Türkiyə ilə yaxınlaşaq -

İranda xüsusi səlahiyyətli nümayəndlərin iştirakı ilə keçirilən “Tramp Amerikası ilə nə etməli?” panelində ABŞ prezidenti haqda müzakirələr aparılıb.

Axar.az xəbər verir ki, İran xarici işlər nazirinin müavini Taxtrəvançı müzakirədə Trampla bağlı qəti qərar verməyin erkən olduğunu deyib:

“Trampın necə bir siyasət yürüdəcəyini bilmirik, ona görə də onunla bağlı qəti bir qənaətə gəlmək olmaz. O, bəzi tabulara toxunan sözlər dedi. Media ABŞ-da müqəddəs bir şeydir. Tramp mediaya təzyiq göstərərək, onun gücünü zəiflətdi. Hazırda ABŞ-da bir prezident əvvəlki prezidenti var gücü ilə tənqid edir. Bu, ABŞ kimi böyük bir dövlətdə baş verəcək hadisə deyildi. Tramp ABŞ-dakı bəzi tabuları qırdı. ABŞ artıq supergüc deyil. İndi regiondakı ölkələr bir-birləri ilə yaxınlaşmaq şansı qazanıb. Türkiyə-ABŞ münasibətlərində soyuqluq yaranıb. İran belə bir vəziyyəti dəyərləndirib Türkiyə ilə yaxınlaşmalıdır”.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26