Interposta.Info

Tramp Ərdoğanı xəyal qırıqlığına uğratdı və... - Rus ekspert

Dünya
 17-09-2017, 07:23     10 514

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan amerikalı həmkarı Donald Trampla bağlı xəyal qırıqlığına uğrayıb.

Axar.az xəbər verir ki, bu sözləri Rusiya Siyasi Texnologiyalar Mərkəzinin sədr müavini Aleksey Makarkin deyib.

Ekspert bildirib ki, məhz bu səbəbdən Türkiyə Rusiyadan S-400 raket kompleklərini əldə etməyə qərar verdi:

“Ankara Trampa böyük bel bağlamışdı. Trampın təhlükəsizlik müşaviri Maykl Flinn Türkiyə hökuməti ilə yaxın əlaqələrə malik idi. Ərdoğan düşünürdü ki, Flinnin təsiri ilə Tramp Suriya əməliyyatlarında format dəyişikliyi edəcək və xüsusilə də kürdlərə dəstəyi dayandıracaq. Lakin Flinn vəzifəsindən ayrıldı. İndi isə kürdlər ABŞ-ın dəstəyi ilə Rakkanı almaq üzrədir. Ona görə də, Ərdoğan ABŞ-ın bu addımlarına cavab olaraq Rusiyadan S-400 aldı”.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26