Interposta.Info

Türk səfir Danimarka XİN-ə çağırıldı -Gərginlik

Dünya
 20-03-2017, 16:17     493

Türkiyənin Danimarkadakı səfiri Məhməd Dönməz Xarici İşlər Nazirliyinə çağırılıb.

Axar.az “Berlinqske” nəşrinə istinadən xəbər verir ki, səfirin çağırılmasına səbəb dünən “Berlinqske” qəzetində “Vətən xaini olduqları Danimarkadakı türklərdən şikayət edildi” başlıqlı xəbər olub.

Belə ki, yaş həddi səbəbindən təqaüdə göndərilən Dönməzin yerinə, onun vəzifəsini müvəqətti icra edən müşaviri Bora Kərimoğlu nazirliyə gedəcək.

Məsələ ilə bağlı açıqlama verən Danimarka XİN rəhbəri Andres Samuelsen səfiri çağıraraq məsələni dəqiqləşdirmək istədiklərini bildirib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26