Interposta.Info

Səfir açıqladı:

Siyasət
 24-06-2017, 21:34     1 107

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qarşıdakı aylarda İrana səfər edəcək.

Bu sözləri Türkiyənin İrandakı səfiri Rza Hakan Təkin deyib.

O bildirib ki, Ərdoğanın səfəri Həsən Ruhaninin andiçmə mərasimindən və yeni hökumət kabinetini formalaşdırmasından sonra baş tutacaq.

Səfir səfər çərçivəsində Tehranda Türkiyə-İran Ali Səviyyəli Əməkdaşlıq Şurasının 4-cü toplantısının keçiriləcəyini də vurğulayıb.

Qeyd edək ki, hal-hazırda Türkiyə ilə İranın ticarət həcmi 11 milyard dollar təşkil edir.

Tərəflər bu rəqəmi 30 milyarda qaldırmağı hədəfləyir./axar.az

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26