Ərdoğandan qabaq Baş Qərargah rəisi İrana getdi -
Prezident Rəcəb Tayyib Ərdoğan, Türkiyə ilə İran arasında keçiriləcək 4 Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının Yığıncağı üçün sabah İranın paytaxtı Tehrana səfər edəcək.
Bakipost.az xəbər verir ki, Ərdoğanın, İran İslam Respublikasının Prezidenti Həsən Ruhani ilə İranın dini lideri Ayətullah Əli Xamneyi ilə görüşməsi planlaşdırırlır. İkitərəfli və heyətlər arası baş tutacaq görüşdə iqtisadi məsələlərlə yanaşı, İraqın şimalında keçirilən referendum sonrası iki ölkənin birlikdə ata biləcəyi addımlar və Suriyada baş verən siyasi problemlər danışılacaq.
Türkiyə prezidenti Ərdoğanın səfərindən əvvəl, Baş Qərargah başçısı general Hulusi Akar dünən İrana səfər edib. Akar Tehran şəhərində İranlı həmkarı Məhəmməd Bəkiri ilə görüşüb. İki komandir Şimali İraq referendumu sonrası yarana biləcək təhdidlər, xüsusilə də terrorla və sərhəd təhlükəsizliyinə qarşı mübarizədə atılacaq ortaq addımlar barədə danışıblar. Akar və Bəkri, iki ölkə arasındakı hərbi əlaqələrin inkişaf etdirilməsi, hərbi təhsilin qiymətləndirilməsi, təlimlər və təcrübə mübadiləsi mövzusunu da müzakirə ediblər.
Qeyd edək ki, Ərdoğan oktyabrın 9-10-da Ukraynaya, 10-11 oktyabr tarixlərində isə Serbiya Respublikasına səfər edəcək.
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26