Interposta.Info

Böyük Əl Bab əməliyyatı başlayır -

Dünya
 7-02-2017, 20:48     616

Böyük Əl Bab əməliyyatı başlayır -

Əl Babda sürətlə irəliləyirik. Mərkəzə çatmağımıza 3 km qalıb.

Axar.az xəbər verir ki, bu sözləri Azad Suriya Ordusunun (ASO) Hələb batalyonunun komandiri Taha Atraç deyib.

O, geri alınan Bizaa qəsəbəsində xeyli İŞİD-çinin öldürüldüyünü açıqlayıb:

“Əsəd rejimi cənubdan Əl Baba doğru irəliləyir. Əsədin döyüşçüləri ilə aramızda 7 km məsafə qalıb. İŞİD-in bir qaçış yolu var. Oranı da ağır artilleriya ilə bombalayırıq. Əl Baba girəcəyimiz dəqiq tarix bəlli deyil. Onu deyə bilərəm ki, bir neçə gündən sonra irimiqyaslı hərbi əməliyyatlara başlayırıq. Əl Bab alındıqdan sonra hədəfimiz Menbic olacaq”.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26