Interposta.Info

Türkiyənin Əl Baba girməsinə ABŞ-dan -

Dünya
 9-02-2017, 08:52     619

Türkiyənin Əl Baba girməsinə ABŞ-dan -
İŞİD terror qruplaşması Əl Babda çətin vəziyyətdədir.

Axar.az xəbər verir ki, bu sözləri İŞİD-ə qarşı yaradılan koalisiya qüvvələrinin sözçüsü Con Dorrian deyib. O bildirib ki, terrorçular həmin şəhərdə xeyli canlı qüvvəsini və hərbi texnikasını itirib:

“Türkiyə və onun dəstəklədiyi qüvvələrin şəhərə şimaldan girməsi, koalisiyanın havadan vurması və Əsəd rejiminin cənubdan yaxınlaşması nəticəsində düşmən çətin vəziyyətə düşüb. Şəhərdə türk ordusunu təhdid edən ünsürləri zərərsizləşdirmək üçün havadan həmin nöqtələrə zərbələr endiririk”.

Qeyd edək ki, Türkiyənin dəstəklədiyi ASO şəhərin mərkəzinə daxil olmaqdadır.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26