Interposta.Info

Türk ordusundan ağır zərbə: PKK yalvarmağa başladı

Dünya
 23-01-2018, 01:02     10 369

Türkiyə ordusunun ard-arda endirdiyi ağır zərbələr nəticəsində çarəsiz vəziyyətə düşən terrorçular ABŞ və rəhbərlik etdiyi koalisiyadan yardım istəyir.

Axar.az xəbər verir ki, bu barədə “Haber7” informasiya yayıb.

Dayaq nöqtələri bir-birinin ardınca dağıdılan terror qruplaşması koalisiya üzvü dövlətlərdən Türkiyəni dayandırmasını istəyib. Terrorçular kömək istəyərkən İŞİD-lə mübarizənin təhlükə altında qalması ehtimalını bəhanə olaraq göstəriblər.

Qeyd edək ki, Türkiyə ordusunun Afrin istiqamətində başlatdığı “Zeytun budağı” əməliyyatı planlaşdırıldığı şəkildə davam edir.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26