Interposta.Info

Türkiyə hərbi əməliyyata başladı - 108 hədəf vuruldu

Dünya
 20-01-2018, 23:50     10 445

Türkiyə ordusu Suriyanın şimalındaki Afrin bölgəsində "Zeytun budağı” əməliyyatına başlayıb.

"BakuPost" xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri Türkiyə Silahlı Qüvvələrinə istinadla məlumat yayıb.

Əməliyyata Türkiyə Hərbi Hava Qüvvələrinin F-16 təyyarələri cəlb edilib. Onlar Türkiyə-Suriya sərhəddində cəmləşmiş PYD terrorçularının mövqelərinə aviazərbələr endirib.

Azad Suriya Ordusunun bölmələrinində Afrinə doğru hərəkət etdiyi bildirilir.

Əməliyyat zamanı öncədən müəyyənləşdirilən 113 hədəfdən 108-i vurulub.

Türkiyə Silahlı Qüvvələrindən bildirilib ki, əməliyyat zamanı əsas hədəf olaraq terrorçular və onlara aid sığınacaqlar, mövqelər, hərbi texnikalar seçilib. Qeyd edilib ki, sivil vətəndaşların zərər görməməsi üçün xüsusi həssaslıq göstərilir.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26