Interposta.Info

İDDİA: Suriyada əcnəbi terrorçuların əksəriyyəti ABŞ vətəndaşıdır

Dünya
 5-03-2018, 18:56     10 399

Suriyada əcnəbi terrorçuların əksəriyyəti ABŞ vətəndaşıdır.

Trend-in məlumatına görə, bu barədə Türkiyə KİV-ləri hərbi mənbələrə istinadən yazır.

Qeyd olunur ki, hazırda Suriyanın Afrin bölgəsində dünyanın 40 ölkəsindən 500-dən çox əcnəbi terrorçu var.

Məlumata əsasən, Suriyada terrorçu qüvvələrin fəaliyyətində aktiv iştirak edən ABŞ vətəndaşlarının bir çoxu keçmiş hərbçilərdir.

Qeyd edək ki, bundan əvvəl "Zeytun budağı" əməliyyatı çərçivəsində zərərsizləşdirilən əcnəbi terrorçuların sayının 120 nəfəri ötdüyü bildirilib.

Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD və YPG terrorçularına qarşı əməliyyata başlayıb. "Zeytun budağı" adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16" təyyarələri də cəlb olunub.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26