Interposta.Info

Türkiyə Suriyada yeni əməliyyatlara başlayır

Dünya
 30-03-2017, 07:26     479

“Fərat qalxanı” sona çatsa da, terror qruplarına qarşı fərqli adla yeni əməliyyatlar başladılacaq.

Axar.az xəbər verir ki, bu sözləri Türkiyə Baş naziri Binəli Yıldırım deyib.

“Əl Babda hər şey nəzarətdədir. Terrorçulara qarşı fərqli ad altında əməliyyatlar davam etdiriləcək. İstər İŞİD, istərsə də digər terror qruplarından gələn təhlükənin qarşısı qəti şəkildə alınacaq”, - nazir bildirib.

Qeyd edək ki, Azad Suriya Ordusu (ASO) Türkiyə Silahlı Qüvvələrinin köməyi ilə 2016-cı il, avqustun 24-dən etibarən Suriyanın şimalında İŞİD silahlılarına qarşı əməliyyata başlamışdı.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26