Interposta.Info

Türkiyə Suriyadakı hərbi əməliyyatları dayandırdı

Dünya
 1-04-2017, 09:00     504

Türkiyə Suriyada həyata keçirdiyi "Fərat Qalxanı" əməliyyatlarının hazırki fazasının başa çatdığını elan edib.

Bu barədə Anadolu agentliyinə istinadən xəbər verir. Ötən gün də Türkiyə Milli Təhlükəsizlik Şurasından bildirilib. Şuranın Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi altında keçirilən iclasının yekun bəyanatında bildirilib ki, milli təhlükəsizliyin təmin edilməsi, İŞİD-dən gələn təhlükənin qarşısının alınması və suriyalı qaçqınların vətənlərinə geri qaytarılması məqsədi ilə başladılan "Fərat qalxanı" əməliyyatı uğurla başa çatıb.

“Türkiyənin milli təhlükəsizliyini təmin etmək, İŞİD və kürd separatılarından ibarət terror təşkilatlarının ölkə üçün mümkün olan təhdidlərinin qarşısını almaq və suriyalı qaçqınların öz torpaqlarına qayıtması üçün Suriyanın şimalında başladılan “Fərat qalxanı” adlı əməliyyat uğurla sona çatıb. Əməliyyat zamanı çox sayda terrorçu məhv edilib”, - deyə bildirilib.

Həmçinin bildirilib ki, keçirilən əməliyyat zamanı Türkiyə hərbçilərindən də şəhid olanlar olub.

Qeyd edək ki, “Fərat qalxanı” əməliyyat 25 avqust 2015-ci il tarixində başladılıb. Əməliyyat çərçivəsində son iki ayda Suriyanın Əl-Bab şəhəri və ətraf regionlar İŞİD-dən təmizlənib. Ümumilikdə 2015 kvadrat kilometr ərazinin terrorçulardan azad edildiyi bildirilir. "Fərat Qalxanı" əməliyyatlarında Türkiyə 70-dən artıq hərbçisini itirib./ölkə.az

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26