Interposta.Info

Qisas alındı:

Dünya
 31-01-2017, 15:59     1 370

Qisas alındı:
Donbasda “Qivi” ləqəbli məşhur terrorçu Mixail Tolstıx Donetskdəki döyüşlərdə yaralanıb.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı Ukrayna mətbuatı yayıb.

Qeyd edək ki, “Qivi” Donbas savaşının əsas iştirakçılarından biridir. O, “Somali” batalyonunun rəhbəridir. Qivi 2015-ci ildə Avropa Birliyinin qara siyahısına daxil edilib. Ukrayna onu beynəlxalq axtarışa verib.

Son iki gün ərzində Donbasda vəziyyət gərginləşib. Ukrayna ötən gün rəsmi olaraq rusiyayönlü separatçıların itkilərini açıqlayıb. Ukrayna ordusunun məlumatına görə, savaşda 100-dən çox separatçı öldürülüb ki, bunlardan 60-a qədəri rus əsgəridir. Onların meyiti Donetskin Kalinin rayon morqundadır.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26