Interposta.Info

Ukrayna qisas aldı:

Dünya
 4-02-2017, 12:53     1 164

Ukrayna qisas aldı:

Qondarma Luqansk Xalq Respublikasının Xalq Milisinin qərargah rəisi polkovnik Oleq Anaşenko qətlə yetirilib.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı Rusiya mətbuatı yayıb. Anaşenko avtomobilinin partladılması nəticəsində öldürülüb.

Onunla bərabər avtomobildə olan sürücüsü də həyatını itirib.

Qeyd edək ki, Xalq Milisi qondarma rejimin ordusu funksiyasını daşıyır.

Luqansk Ukrayna ərazisidir. 2014-cü ildə Rusiyanın aktiv iştirakı ilə bu ərazi Ukraynanın nəzarətindən çıxıb.

interposta.info

Ukrayna qisas aldı:

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26