Interposta.Info

Ukrayna parçalanır: Luqansk Rusiyaya birləşir

Dünya
 17-03-2017, 21:40     673

Luqanskda Rusiyaya birləşmə referendumunun keçiriləcəyindən əminəm.

Axar.az xəbər verir ki, bu sözləri qondarma Luqansk Xalq Respublikasının lideri İqor Plotnitski deyib.

“Luqanskda referendumun keçiriləcəyini sadəcə düşünmürük. Biz bundan əminik. Əlbəttə, bu prosesi başladacağıq. Hər şeyin zamanı var. Ukrayna Prezidenti Pyotr Poroşenkonun da müstəqilliyimizi tanıdığını düşünürük”, - separatçı lider əlavə edib.

Qeyd edək ki, Kreml sözçüsü Dmitri Peskov qondarma Donetsk və Luqansk respublikalarının Rusiyaya birləşdirilməyəcəyini vurğulamışdı.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26