Interposta.Info

Ukraynlara bayraq yedizdirən Givi belə öldürüldü -

Dünya
 8-02-2017, 13:53     4 420

Ukraynlara bayraq yedizdirən Givi belə öldürüldü -

Givi ləqəbli məşhur terrorçu Mixail Tolstıx “Şmel” qumbaraatanından açılan atəş nəticəsində öldürülüb.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı Rusiya mətbuatı yayıb. Mətbuat atəş açılan zaman Givinin öz kabinetində olduğunu və partlayış nəticəsində öldüyünü bildirib.

Artıq terrorçunun öldüyü ərazidən görüntülər də yayılıb.

Qeyd edək ki, Givi Donbas savaşının əsas iştirakçılarından biridir. O, “Somali” batalyonunun rəhbəridir. Givi 2015-ci ildə Avropa Birliyinin qara siyahısına daxil edilib. Ukrayna onu beynəlxalq axtarışa verib. Bundan öncə onun yaralandığı haqqında məlumat yayılmışdı.

Givi Ukrayna əsgərlərinin qollarındakı bayraq yarlığını kəsib onlara yedizdirməklə yadda qalıb.

interposta.info



Ukraynlara bayraq yedizdirən Givi belə öldürüldü -
Ukraynlara bayraq yedizdirən Givi belə öldürüldü -

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26