İrəvan Rusiyaya buna görə nota verdi: Paşinyana ağır sözlər... (VİDEO)
Xəbər verdiyimiz kimi, Ermənistan XİN Rusiyanın ölkədəki səfirini çağıraraq, ona "Birinci kanal”da gedən verilişə görə etiraz edib və nota təqdim edib.
AZXEBER.COM xəbər verir ki, Ermənistan XİN-in nota təqdimatına səbəb "Nikol Paşinyan: bəlaların xəbərçisi” adlı verilişdir.
"Birinci kanal” yayılan və Yutub kanalına yerləşdirilən verilişdə əvvəlcə Paşinyanın siyasi karyerasına "işıq” tutulur. Hətta Paşinyanın demədiyi sözlərdən (Məsələn, Qarabağla bağlı) "sitat” da gətirilir.
Paşinyanın sərt tənqid edən verilişin hazırlanmasının səbəbi həm də onun Brüsseldə, PA-da çıxışı, ayaqüstü alqışlanması və orada qərbmeyilli, Rusiyaya qarşı kursu elan etməsidir və bunu verilişin müəllifləri gizlətməyiblər.
"Anqlo-saksların marianetkası” adlandırılan Paşinyanın "cinayətə görə” həbs edildiyi də xatırladılır: 2008-ci il Seçkilərində Serj Sərkisyanın qalib gəldiyi, buna baxmayaraq, Nikolun xalqı spekulyasiya edərək, aksiyalar keçirdiyi yada salınır və 11 nəfərin qətlə yetirilməsi, yüzlərlə insanın yaralanmasına səbəb olan 2008-ci il 1 mart qırğını Paşinyanın üzərinə atılır.
2018-ci il aprelindəki "məxməri inqilab” zamanı Paşinyanın hətta atasının ona inanmadığı, "daha ağıllı şəxslərin baş nazirliyə namizəd olmasını” istədiyi kadrlar da yayılır.
Qısa avtobioqrafik süjetdən sonra isə Roma Statutunun ratifikasiya edildiyi xatırladılaraq, studiya müzakirələrinə başlanılır. Müzakirələrdə Ermənistan sərhədlərinin rus sərhədçiləri tərəfindən müdafiə olunduğu xatırladılır, Paşinyanın ünvanına ağır ifadələr işlədilir.
İnterPosta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26