Interposta.Info

Rusiya Paşinyanın "İsgəndər"lə bağlı iddiasına CAVAB VERDİ

Siyasət / Paradoks
 24-02-2021, 15:04     522

Ermənistanın baş naziri Nikol Paşinyanın II Qarabağ müharibəsində istifadə etdikləri Rusiya istehsalı olan “İsgəndər” raketlərininin yararsızlığı və partlamaması barədə iddiaları Rusiyada hiddətə səbəb olub.

Dövlət Dumasının Müdafiə Komitəsinin sədr müavini Viktor Zavarzin Paşinyanın Rusiyanın raket sistemlərinin işini şübhə altına almasına etiraz edib.

Viktor Zavarzin erməni siyasətçinin fikirlərini rədd edib. Onun sözlərinə görə, Paşinyan bu şəkildə özünün günahsız olduğunu əsaslandırmağa, Dağlıq Qarabağdakı məğlubiyyətinə bəraət qazandırmağa çalışır.

“Bir insan özünə bəraət qazandırmağa çalışırsa, onun üçün “İsgəndər”lər də yararsızdır, erməni xalqı və ordusu da günahkardır. Əlbəttə ki Paşinyanın dedikləri doğru deyil. Rusiya istehsalı olan "İsgəndər" müxtəlif təlimlərdə sınaqdan çıxıb və hədəfi çox yüksək dəqiqliklə vura bilib. Buna heç bir şübhə ola bilməz. Suriyada da “İsgəndər”lərdən çox dəqiq və dəfələrlə istifadə olunub. Yumşaq desək, yoldaş Paşinyanın iddiaları ilə qəti razı deyiləm”.

Rusiyalı siyasətçi bildirib ki, “İsgəndər”lə bağlı iddialar Qərbin diqtəsilə əsassız olaraq gündəmə gətirilir.

Xatırladaq ki, Ermənistanın baş naziri Nikol Paşinyan eks-prezident Serj Sarkisyanın II Qarabağ müharibəsində “İsgəndər” raketlərindən vaxtında istifadə edilmədiyi barədə iradlarına cavabında bildirib:
- Qoy sual versin (Serj Sarkisyan) ki, niyə “İsgəndər” raketləri partlamadı? Yaxud niyə 10 faiz partladı?... Bəlkə bu 80-ci illərin silahı idi?”.

Paşinyan dolayısı ilə Sarkisyana demək istəyib ki, “mən sizin qurduğunuz ordu və silahlarla döyüşdüm, fəxr etdiyiniz “İsgəndər”lər də işləmədi”.

Bununla da erməni baş nazir əslində Sarkisyan üzərindən Rusiyanı da hədəfə alıb./modern.az

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26