Interposta.Info

Ermənistanın sabiq müdafiə naziri: "Paşinyanın yanaşmaları təhlükəli ola bilər"

Gündəm
 13-05-2018, 23:47     10 654

Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə Nikol Paşinyanın fikirləri beynəlxalq tərəfdaşlarımızın narahatlığını doğurub.

Trend-in erməni mətbuatına istinadən verdiyi məlumata əsasən, bunu ölkənin keçmiş müdafiə naziri Vigen Sarkisyan deyib. O, mayın 11-də Nikol Paşinyan başda olmaqla yeni hökumətin formalaşması nəticəsində istefaya gedib.

Onun sözlərinə görə, Paşinyanın dedikləri, xüsusən, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin narahatlığına səbəb olub: "Bir neçə gün öncə mətbuat konfransı zamanı baş nazir Paşinyanın təhlükəli ola biləcək bir sıra yanaşmalar ifadə edib".

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26