Interposta.Info

Ermənistanda ara yenə qarışdı - Paşinyan ordunu İrəvana çağırdı (VİDEO)

Dünya
 15-12-2020, 20:40     637

Dekabrın 8-dən bu yana İrəvanda Baş nazir Nikol Paşinyanın əleyhinə mütəlif formalarda etiraz aksiyaları keçirlir.

Ermənistan müxalifəti Nikol Paşinyana hakimiyyətdən getmək üçün dekabrın 8-nə qədər vaxt vermişdi. Paşinyan onların xəbərdarlığına əhəmiyyət verməyərək postunu təkr etmədi. Elə həmin gündən müxalifət kütləvi itaətsizlik aksiyasına başlayıb. İlk günlərdə aksiyalar qarşıdurmala ilə müşayiət olunub. Polis aksiyaya sərt müdaxilər edib, onlarla icitmai-siyasi fəal saxlanılıb. Buna baxmayaraq , Nikol Paşinyan təhlükəni tam aradan qaldıra bilməyib. İrəvanda daxil olmaqla Ermənistanın iri şəhər və bölgələrində aksiyalar keçirilib.

Bu gün müxalifət yenidən İrəvanda “Qürur yürüşü” adı altında Paşinyanın istefası tələbilə aksiya keçirib. Yürüş Sasuntsi Davidin abidəsinin önündən başlayıb. Hazırda aksiya iştirakçıları “Nikol, get” şüarı səsləndirərək Nazirlər Kabinetinə doğru irəliləyirlər.

Müxalifət bəyan edib ki, “qürur yürüş”ləri şənbə gününə qədər davam edəcək. Dekabrın 19-da isə İrəvanın Azadlıq meydanında mitinq keçirilməsi planlaşdırılır.

Bəzi siyasi analitiklər hesab edir ki, bu mitinq Paşinyanın sonunu gətirə bilər. Baş nazir də ciddi hazırlıq görür. O mümkün təhlükələrdən sığortalanmaq üçün hətta güc tətbiqinə belə, razı görünür. Hər halda erməni mediası Paşinyanın Baş Qərargah rəisi Onik Qasparyana qoşunları paytaxta yığmaq barədə təlimat verdiyini yazır. Qasparyan Baş nazirin təlimatını rədd edib. Amma bəzi məlumatlara görə, Müdafiə naziri Vaqarşak Arutyunyan Paşinyana yaxın şəxsdir. Bu baxımdan, erməni müxalifəti də narahatdır.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26