Moskva görüşü niyə reallaşmır? - Ekspert
"Moskva görüşünün tarixilə bağlı məsələ hələ də açıq qalır. Həm Bakıda, həm də İrəvanda Moskva danışıqlarının Avropadakı görüşdən əvvəl olub-olmayacağını müzakirə edirlər”.
Bunu "İnterPosta"-ya açıqlamasında QAFSAM sədrinin müavini Nazim Cəfərsoy Rusiyanın xeyli müddətdir Azərbaycanla Ermənistan arasında danışıqlara ev sahibliyi edəcəyini bəyan etməsinə rəğmən hələ də konkret tarixin bəyan edilməməsinə münasibət bildirərkən deyib:
Ekspert bildirib ki, Moskva görüşünün anonsu verilsə də, onun vaxtının bəlli olmaması bəzi texniki razılaşmalar və müəyyən siyasi məsələlərlə bağlıdır:
"Ona görə də vaxt uzadılır. Müəyyən texniki, taktiki həmlələr müəyyənləşdirilməyə çalışılır. Moskvada müzakirə ediləcək mövzular Vaşinqtonda aparılan danışıqalrın bənzəri olacaq. Sərhəd məsələsi, ərazi bütövlüyü, kommunikasiyaların açılması məsələsi gündəmə gələcək.
Müzakirələr prosesi bir neçə mərkəz üzərindən və bir neçə müstəvidə davam edir. Bu zaman 3 müstəvi önə çıxır. Bu müstəvidən biri iki ölkənin xarici işlər nazirləri arasında keçirilən görüşlərdir. İkincisi isə Ermənistan təhlükəsizlik şurasının katibi Armen Qriqoryanla Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacızadə arasında olan müzakirələrdir. Ən başlıca üçüncü müstəvi isə İlham Əliyevlə Nikol Paşinyan arasında olan görüşdür.
Danışıqlar da üç formatda, Brüssel, Vaşinqton və Moskva formatlarında aparılır. Sülh danışıqlarında təşəbbüsü ələ almaqla bağlı bu üç mərkəz arasında müəyyən aktivləşmələr olur. Adətən, bir məkanda fəallaşma olan kimi digəri də anoloji olaraq prosesdə aktivləşir. Son dövrlər prosesdə Vaşinqton önə çıxıb. Ona görə Moskva görüşünü də məhz bu kontekstdə qiymətləndirmək lazımdır”.
Qeyd edək ki, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova keçirdiyi son brifinqdə Azərbaycanla Ermənistan arasında danışıqların növbəti mərhələsi çərçivəsində görüş yeri üçün Moskvanı təklif etdiyini bir daha bəyan edib. Amma buna baxmayaraq, hələ də Rusiya Moskva görüşünün konkret vaxtını açıqlamayıb.\qaynarinfo
İnterPosta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26