Interposta.Info

Prezidentlərin Moskva görüşündən hansı nəticəni gözləmək olar? (ŞƏRH)

Ölkə
 22-07-2021, 12:37     388

"Bu səfər və görüş Ermənistanın son zamanlar həyta keçirdiyi təxribat və atəşkəs rejimini pozması hallarının qarşısını almaqda mühüm rol oynayacaq”.

Bunu "İnterPosta"-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə Azərbaycan Prezidenti İlham Əliyevin Moskvaya səfəri və rusiyalı həmkarı Vladimir Putinlə görüşünün bölgəmizdə hansı yeniliklərə gətirib çıxaracağından danışarkən deyib. O bildirib ki, yaxın zamanlarda Moskva görüşünün nəticələrini görəcəyik:

"Azərbaycan Prezidenti İlham Əliyevin Moskvada rusiyalı həmkarı Vladimir Putinlə görüşü baş tutan 11 Noyabr və 10 yanvar üçtərəfli razılaşmalarından sonra reallaşan növbəti görüşdür. Bu görüşü imza atılan öhdəliklərə əməl edilməsi və Ermənistanı öhdəlikləri yerinə yetirməyə vadar etməyə əsaslanan bir görüş kimi dəyərləndirərdim. Rusiya prosesdə vasitəçi olaraq İrəvan üzərində müəyyən təsir rıçaqlarına malikdir. Ermənistan əldə edilən razılaşmalardan bir neçə ay keçməsinə baxmayaraq, sui-istifadə hallarına yol verərək, prosesi manipulyasiya etməklə məşğuldur”.

İnterPosta.info

Həmsöhbətimiz yuxarıda deyilənlərə əsasən Moskva səfərinin müsbət nəticələrə gətirəcəyinə ümid edir:

"Azərbaycan tərəfi konkret olaraq sərhədlərin delimitasiya və demarkasiyası, kommunikasiya xətlərinin açılması üzrə Ermənistanın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsi üçün danışıqlar aparıb. Hansı ki, bu danışıqlar da birbaşa Moskvadan həyata keçirilir. Bu mənada düşünürəm ki, Azərbaycan Prezidentinin Moskva səfəri və burada apardığı müzakirələr postmühaibə dövrü üçün təhlükəsizliyin təmini, nəqliyyat-kommunikasiya sisteminin açılması və regionda ümumi-iqtisadi əməkdaşlığı özündə ehtiva edir. Moskvada aparılan bu danışıqların ümumi nəticəsi müəyyən müddətdən sonra özünü göstərəcək”

İnter

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26