Interposta.Info

MDB üzv ölkələrə nə verir? – Moskva görüşünə isti şərh

Siyasət
 27-12-2017, 07:36     10 443

MDB Rusiyaya və üzv dövlətlərə yalnız görüşüb, fikir mübadiləsi aparmaları üçün lazımdır.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu bu gün keçirilən MDB-yə üzv dövlətlərin qeyri-rəsmi zirvə toplantısına münasibət bildirərkən qeyd edib. O bildirib ki, bu toplantı hansısa xüsusi anlaşmanın imzalanması və ya üzv dövlətləri narahat edən mövzunun müzakirəsi üçün planlaşdırılmayıb:

"Sadəcə, Rusiyanın bu il MDB-yə sədrliyi yekunlaşır, gələcək planları müzakirə etmək üçün qonşu dövlət başçılarını Kremlə dəvət ediblər. Bu təşkilat ciddi problemin həlli və ya inteqrasiya üçün nəzərdə tutulmayıb. MDB elə bu məkana aid olan Avrasiya İqtisadi Birliyinin, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının və Şanxay Əməkdaşlıq Təşkilatının gerisində qalır".

Politoloq vurğulayıb ki, bu illərdə bəlli səbəblərdən Ukrayna və Gürcüstan da MDB-dən uzaqlaşdılar:

"Türkmənistanın dövlət başçısı illərdir toplantıların əksəriyyətində iştirak etmir. Azərbaycan üçün isə MDB sadəcə, fikir mübadiləsinin həyata keçirildiyi müstəvi kimi lazımdır".

Qeyd edək ki, bu gün Moskvada MDB-yə üzv dövlətlərin qeyri-rəsmi zirvə toplantısı keçirilib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26