Interposta.Info

Qarabağda savaş başlasa,

Siyasət
 24-05-2017, 09:48     1 211

Türkiyə, Azərbaycan və Gürcüstan müdafiə nazirlərinin mütəmadi görüşləri hər 3 ölkənin xeyrinədir.

Axar.az xəbər verir ki. bu sözləri politoloq Elxan Şahinoğlu Azərbaycan, Türkiyə və gürcüstanın müdafiə nazirlərinin ötən gün Tiflisdə keçirilən görüşünə nümasibətində qeyd edib. Politoloq bildirib ki, bu 3 ölkə strateji müttəfiqdirlər, regional inkişafda müstəsna rol oynayırlar:

“Bu ölkələri ümumi sərhədlərdən əlavə böyük enerji layihələri və boru xətləri də birləşdirir. Üstəgəl, yaxın günlərdə Bakı-Tiflis-Qars dəmir yolu da istifadəyə veriləcək. Demək, bu cür layihələrin həm də təhlükəsizlik məsələləri həll olunmalıdır. Bu baxımdan 3 ölkənin müdafiə sferasına cavabdeh olan şəxslərin müxtəlif layihələrin təhlükəsizlik məsələrini müzakirə etməsi vacibdir”.

Politoloq vurğulayıb ki, 3 ölkə arasında ortaq hərbi təlimlərin intensivləşdirməsinə də ehtiyac var, Azərbaycan-Gürcüstan-Türkiyə hərbi əməkdaşlığı bölgədə Rusiya-Ermənistan hərbi ittifaqına qarşı sipər rolunu oynamalıdır:
“Dağlıq Qarabağ uğrunda müharibə başlasa, Gürcüstan Azərbaycanla Ermənistan arasında neytral qala bilməyəcək, seçim etmək məcburiyyətində qalacaq”.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26