Interposta.Info

"Rusiya Qarabağda hərbçilərinin sayını gizli şəkildə artırırsa..." - Politoloq

Siyasət / Paradoks
 4-01-2021, 12:22     756

"Türkiyə hərbiçilərinin bölgədə yerləşdirilməsi prosesini sürətləndirməliyik".

"İnterPosta"nın məlumatına görə, bunu Qaynarinfo-ya açıqlamasında politoloq Elxan Şahinoğlu deyib. O bildirib ki, Rusiyanın Dağlıq Qarabağda hərbiçilərin sayının getdikcə artırması ilə bağlı məlumatlar dolaşır:

"Bundan əlavə modul tipli yerləşmələrin sayı da artır. Halbuki, 9 noyabr bəyanatına görə, Rusiya Azərbaycanın razılığı olmadan hərbçilərinin sayını artıra bilməz. Sənəddəki kimi 1960 nəfər olmalıdır. Əgər Rusiya gizli şəkildə bu sayı artırırsa, biz etiraz etməliyik. İkincisi, bölgədə yerləşən Türkiyə hərbiçilərinin sayı da çox olmalıdır. Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar da çıxışında vurğulayıb ki, Rusiya Qarabağada hansı statusa malikdirsə və hərbiçilərin sayı nə qədər olacaqsa, Türkiyə də eyni saya malik olmalıdır".

Elxan Şahinoğlu qeyd edib ki, bu baxımdan prosesə ciddi nəzarət etməliyik.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26