Interposta.Info

Putin geri addım atmasa, Türkiyə ilə müharibə riski böyükdür... (POLİTOLOQ)

Siyasət / Dünya
 22-02-2020, 13:10     476

"Türkiyə ilə Rusiya arasında müharibə riski böyükdür”.

Bu barədə Qaynarinfo-ya açıqlamasında politoloq Elxan Şahinoğlu Türkiyə və Rusiya münasibətlərinin gərginləşməsindən danışarkən deyib.

Şahinoğlu qeyd edib ki, hazırda Türkiyə iki dövlətin ordusu ilə üz-üzə qalıb:

"Rusiya ilə Türkiyə münasibətlərinin gərginləşməsindən iki nəticə çıxa bilər. Birincisi, Vladimir Putun Türkiyə ilə münasibətləri gərginləşməsin deyə Suriya prezidenti Bəşər Əsədə "dur” deyəcək. Bununla da hücum dayanacaq və münasibətlər daydasına düşəcək. İkincisi isə aparılan danışıqlar heç bir fayda verməyəck. Çünki Rəcəb Təyyub Ərdoğan fevralın 21-də mətbuata açıqlama verdi. Onun açıqlamasında müsbət nəticə hiss olunmurdu. Əgər Ərdoğanın rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığından nəticə əldə olunmasa, türk ordusu hücumlarını davam etdirəcək. Bu da bölgədə müharibə riskini bir az da artıracaq”.

Elxan Şahinoğlunun fikririncə, Türkiyə iki dövlətin ordusu ilə üz-üzə qalıb:

"Türkiyə SQ Suriya ordusuna zərbələr endirir. Rusiya ilə toqquşma ehtimalı da artıb. Bu gərginlikdə son qərarı Rusiya prezidenti verməlidır. Əgər Putin gərginliyin artmasını, Türkiyə ilə münasibətlərin pozulmasını istəmirsə, bir addım geri atmalıdır. Putun geri addım atmasa, Türkiyə ilə Rusiya münasibətləri daha da gərginləşəcək. Müharibə riski böyükdür. İki gündür ki, Türkiyə əsgərləri şəhid olub. Bölgə üçün böyük risklər gözlənilir. Azərbaycan üçün də risklər var. Türkiyə ilə Rusiya münasibətlərinin pozulması Azərbaycana ziyansız ötüşməyəcək. Çünki Ermənistan sevinəcək və bundan istifadə etməyə çaışacaq. Türkiyə bizim strateji müttəfiqimizdir, Rusiya isə tərəfdaşımız. Biz isə bunların arasında gərginlik olmasını istəmirik. Belə bir ərəfədə Türkiyə prezidenti Ərdoğan Bakıya gəlir. Odur ki, onun səfərinə diqqət artacaq”.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26