Interposta.Info

"Mənə "Azərbaycanın Saakaşvilisi" deməyin!"

Siyasət
 1-08-2022, 11:06     302

“Deyirdim axı, mənə "Azərbaycanın Saakaşvilisi" deməyin. Adam həbsdən bəyan edib ki, yaratdığı partiyadan və ümumiyyətlə Gürcüstan siyasətindən gedir”.

"İnterPosta" xəbər verir ki, bu fikirləri REAL Partiyasının sədri İlqar Məmmədov "Facebook" hesabında yazıb.

"Məhkəməni udub bəraət qazanmaq Saakaşvilinin ağlına gəlməyib. İnsafən, bəlkə də sağlamlıq problemi var. Mənim sağlamlığıma isə həbs çox da təsir etmədi, amma Avropa tarixində görünməmiş hüquqi qələbəmdən sonra mütəşəkkil alçaqların hakimiyyətin sifarişi ilə üzərimə etdiyi hücum az qalmışdı mənim də sağlamlığımı sarsıtsın. Yenə dirəndim və sorunları üstələdim. Azərbaycanın Respublika qalacağına əmin olunca mübarizədəyəm”, - deyə İ.Məmmədov qeyd edib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26