Interposta.Info

Zelenskinin ofisi Putinlə görüşün nə vaxt baş tuta biləcəyini açıqladı

 

Siyasət
 30-03-2022, 21:20     338

"Rusiya Prezidenti Vladimir Putinlə Ukrayna Prezidenti Volodimir Zelenski yaxın vaxtlarda görüşə bilərlər".

"İnterPosta" xəbər verir ki, bu barədə Ukrayna prezidentinin ofis rəhbərinin məsləhətçisi Mixail Podolyak açıqlama verib.

"Rusiya tərəfinə verdiyimiz təkliflərdə əslində prezidentlərin görüşünə hazırlığa başlamaq fikri də yer alıb. Liderlərin görüşü ilə bağlı məsələ daha çox logistik xarakter daşıyır. Çünki rusiyalılara təkliflərimizə baxmaq, ilkin cavab vermək lazımdır”, - Podolyak deyib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26