Interposta.Info

Rusiya və Ukrayna arasında danışıqların üçüncü raundunun keçiriləcəyi vaxt açıqlandı

Dünya
 5-03-2022, 20:56     341

Rusiya və Ukrayna nümayəndə heyətləri arasında danışıqların üçüncü raundu yaxın bir-iki gün ərzində baş tutacaq.

"Report” "RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenskinin ofis rəhbərinin müşaviri Mixail Podolyak bildirib.

"Görüş növbəti bir-iki gündə olacaq. Biz digər məsələlərlə yanaşı, danışıqlar prosesinin bir hissəsi kimi, lazım gələrsə, düzəlişlər etmək üçün humanitar dəhlizlərin necə işləməyə başladığını qiymətləndiririk”, - o deyib.

Müşavirin sözlərinə görə, Ukrayna nümayəndə heyətinin tərkibində dəyişiklik nəzərdə tutulmayıb.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26