Interposta.Info

Ukrayna-Rusiya danışıqları başa çatdı (YENİLƏNİB)

Siyasət / Manşet
 28-02-2022, 20:18     803

Ukrayna və Rusiyanın nümayəndə heyətləri arasında danışıqlar başa çatıb.

"İnterPosta" xəbər verir ki, bu barədə Ukraynanın "Seqodnya” nəşri məlumat yayıb.

Danışıqlarda hansısa nəticənin əldə edilib-edilmədiyi məlum deyil.

14.23

Belarusda Ukrayna və Rusiyanın nümayəndə heyətləri arasında danışıqlar başlayıb.

"İnterPosta" Report-a istinadən xəbər verir ki, bu barədə BelTA məlumat yayıb.

Nümayəndə heyətlərinin görüşü Ukrayna sərhədi yaxınlığında, Pripyat çayının sahilində keçirilir. Təhlükəsizlik səbəbi ilə dəqiq görüş yerinin adı açıqlanmır.

Qeyd olunub ki, Rusiyanın nümayəndə heyəti hələ ötən gün Belarusa gəlmişdi.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26