Interposta.Info

Zelenski: "Azərbaycan və Türkiyə prezidentləri Rusiya ilə danışıqların təşkilini təklif ediblər"

 

Siyasət / Manşet
 27-02-2022, 01:23     412

"Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya ilə Ukrayna arasında danışıqları təşkil etməyi təklif ediblər".

"İnterPosta"nın xəbərinə görə, bu məlumatı Qaynarinfo "RİA Novosti"yə istinadən yayıb:
Bunu Ukrayna Prezidenti Volodimir Zelenski jurnalistlərə müraciətində deyib.

Prezident qeyd edib ki, Ukrayna ölkəni azad etmək üçün nə qədər lazımdırsa, o qədər mübarizə aparacaq.

"Biz layiqli cavab veririk. Əminəm ki, bunu xəbərlərdə görürsünüz. Mən sizə yalnız bir şeyi demək istəyirəm: biz ölkəni azad etmək üçün nə qədər lazımdırsa, mübarizə aparacağıq”, - Zelenski bildirib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26