Interposta.Info

Ukrayna Prezidentinin Ofisi Zelenski və Putin görüşü barədə məlumat yaydı

Siyasət / Dünya / Manşet
 6-03-2022, 22:06     441

"Ukrayna Prezidenti Volodimir Zelenski rusiyalı həmkarı Vladimir Putinlə birbaşa danışıqlara hazırdır".

"İnterPosta" xəbər verir ki, Qaynarinfo UNİAN-a istinadən məlumat yayıblar:

Bunu Ukrayna Prezidenti Ofisi rəhbərinin müavini Andrey Sibiqa telemarafon zamanı deyib.

Onun sözlərinə görə, Zelenski gündəlikdəki hər hansı məsələ ilə bağlı danışmaqdan çəkinmir:

"Biz müharibənin dayandırılmasının və sülh danışıqlarının tərəfdarıyıq. Ukrayna Prezidenti isə Putinlə birbaşa danışıqlara hazırdır. O, gündəlikdəki hər hansı məsələ ilə bağlı danışmaqdan çəkinmir. Əlbəttə heç bir ultimatum olmadan və qətiyyətlə".

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26