Interposta.Info

"Ayrılarmı könül candan, Türkiyə-Azərbaycan?!" - Ceyhun Bayramov

Siyasət
 15-09-2020, 15:30     294

Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov Bakının işğaldan azad edilməsinin 102-ci ildönümü ilə bağlı paylaşım edib.

"İnterPosta" xəbər verir ki, nazir bu barədə “Twitter”də yazıb:

“Bu gün Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusunun mühüm yardımı ilə Bakının işğaldan azad edilməsinin 102-ci ildönümünü qeyd edirik. "Bir millət iki dövlət" şüarının ən parlaq nümunələrindən olan bu gündə, mübariz Şəhidlərimizi hörmətlə anırıq”.

Nazir Səməd Vurğunun “Azərbaycan" şeirindən bir misra da qeyd edib. O, “Ayrılarmı, könül candan” misrasından sonra Türkiyə və Azərbaycan bayraqlarının simvollarını paylaşıb.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26