Interposta.Info

"Azərbaycan bütün hərbi əsirləri Ermənistana qaytarıb" - Ceyhun Bayramov

Ölkə
 2-04-2021, 20:11     160

"Azərbaycan üzərinə götürdüyü öhdəliklərə tam sadiqdir və üçtərəfli bəyanata uyğun olaraq bütün hərbi əsirləri Ermənistana qaytarıb”.

"İnterPosta"xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov Müstəqil Dövlətlər Birliyi ölkələrinin Xarici İşlər Nazirləri Şurasının iclasında çıxışı zamanı deyib.

Nazir Ermənistan tərəfinin beynəlxalq hüquq normalarına və üçtərəfli bəyanatına zidd əməllərinə diqqəti cəlb edib.

O, Ermənistan hərbçilərinin Azərbaycan ərazisinə qanunsuz daxil olmaq cəhdlərini, habelə Ermənistanın indiyədək Azərbaycana işğaldan azad olunmuş ərazilərinin minaların basdırılması məlumatının Azərbaycana təqdim etmədiyini bildirib.

C.Bayramov beynəlxalq ictimaiyyətin və xüsusilə də, MDB-yə üzv dövlətlərindən ən yaxın tərəfdaşlarımızın işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi və bərpası, bu ərazilərdə dinc yanaşı yaşamaq üçün müvafiq şərait yaradılması məsələlərində dəstəyinə ümid bəslədiyimizi səsləndirib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26