Interposta.Info

Ceyhun Bayramov: "Ermənistan Azərbaycan ərazisinə hərbçi göndərmək cəhdlərinə son qoymalıdır"

Siyasət
 17-03-2021, 14:38     481

"Üçtərəfli bəyanatların bir sıra müddəalarının uğurla yerinə yetirilməsinə baxmayaraq, bəzi məqamlarda Ermənistandan konstruktiv yanaşmanı görmürük”.

"İnterPosta"xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov martın 17-də Bakıda Slovakiyanın xarici və Avropa işləri naziri İvan Korçokla birgə keçirdiyi mətbuat konfransında deyib.

"Üçtərəfli bəyanata əsasən, Ermənistan Azərbaycan ərazilərindən bütün hərbi birləşmələrin çıxarılmasına dair öhdəlik götürüb. Belə olan təqdirdə biz bir daha bu faktı qarşı tərəfin diqqətinə çatdırmaq istərdik ki, Azərbaycan ərazisinə hər hansısa hərbçilərin göndərilməsi cəhdlərinə son qoyulmalıdır”, - nazir vurğulayıb.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26