Interposta.Info

Trampla çalışmaq istəməyən yüksək rütbəli dövlət məmurlarının sayı artır

Siyasət
 29-07-2019, 16:55     10 290

ABŞ prezidenti yalnız özünə tam sadiqləri vəzifələrə təyin edir
Xəbər verildiyi kimi, ABŞ-ın 17 xüsusi xidmət orqanının koordinasıyasını həyata keçirən Milli Kəşfiyyat Xidmətinin direktoru Daniel Kouts tutduğu vəzifədən istefa verib. Prezident Donald Tramp bu vəzifənin icrasını respublikaçı konqresmen Con Retkliffə həvalə edib.

Prezident tvitter hesabında Daniel Koutsun vəzfəsini bu ilin avqusutn 15-də tərk edəcəyini bildirib. Onu əvəz edəcək Con Retkliff isə Texas ştatını Nümayəndələr palatasında təmsil edir.

“Kommersant” qəzetinin verdiyi məlumata əsasən, kəşfiyyat sahəsində peşəkar bilikləri olmayan Retklifin təyinatını media onun prezidentə hədsiz sadiqliyi ilə bağlayır. Bu günlərdə Rusiyanın ABŞ-da siyasi proseslərə qeyri-qanuni müdaxiləsini araşdıran keçmiş xüsusi prokuror hesabatla Konqresdə çıxış edən zaman məhz C.Retkilff onun üzərinə aqressiv şəkildə hücum etmiş və R.Mülleri qərəzli olmaqda, habelə Ədliyyə Nazirliyinin əsas prinsiplərini pozmaqda günahlandırmışdı.

Belə görünür ki, C.Retkliff bununla prezidentin gözünə girməyi bacarıb. “Axios” saytının verdiyi məlumata görə, Donald Tramp Ağ Evin əməkdaşları ilə söhbətlərində onun haqqında heyranlıqla danışıb və nümunə olaraq göstərib.

Qeyd olunur ki, Daniel Kouts da kəşfiyyat rəhbərlik edənə qədər İndiana ştatını ABŞ Senatında təmsil edib. 2017-ci ilin marıtnda Donald Tramp onu Milli Kəşfiyyat Xidmətinin direktoru vəzifəsinə təqdimatını irəli sürüb. Daniel Koutsun namizədliyini həmin vaxt 85 senator dəstəkləyib, yalnız 12 nəfər əleyhinə olub. Lakin vəzifəyə gəldikdən sonra o, prezidentlə bir çox məsələdə fikri ayrılıqları yaşayıb.

Məsələn, 2018-ci ildə Donald Tramp Vladimir Putinlə görüşdükdən sonra Rusiyanın ABŞ-dakı seçkilər müdaxiləsindən şübhə etdiyini söyləməsinə rəğmən Daniel Kouts dərhal xüsusi bəyanat yayaraq dövlət başçısını təkzib edən açıqlama vermişdi.

2018-ci iln iyulunda NBC kanalında canlı yayımda ikən aparıcı Andrea Mitçell təcili xəbər kimi Ağ Evin Vladimir Putini Vaşinqtona dəvət etdiyi barədə məlumat verib. Cavabında Daniel Kouts təəccübünü ifadə edərək ondan mətni təkrar oxumasını istəyib. Daha sonra isə auditoriyanın gülüş sədaları altında o, “Belə...deyəsən, bu doğrudan da xüsusi hadisə olacaq”, - deyə reaksiyasını nümayiş etdirib.

Bu ilin yanvarın ortasında isə prezidentlə kəşfiyyat orqnın rəhbəri arasında İŞİD və Şimali Koreyz məsləsində ziddiyyət düşüb. Məsələn, Şimali Koreyanın nüvə proqramının dünya üçün təhlükə əxz etmədiyni deyən Trampın əksinə olaraq, Daniel Kouts tamamamilə başqa fikirdə olduğunu dilə gətirib. Bundan başqa, Kouts Ağ Ev rəhbərini İŞİD-i tamamilə bitirdikləri barədə qənaətinə də tam qatılmayıb və terror təşkilatının imkanlarının hələ də düzgün qiymətləndirilmədiyini vurğulayıb.
Kouts administrasiyadan fərqli olaraq ABŞ-ın əsas strateji düşmənlərini “Əl-Qaidə” və İŞİD kimi radikal dinçi qruplar olduğunu düşünmür. Onun gözündə rəqib olaraq öncəlik Çin, Rusiya, Şimali Koreya və İrana verilməlidir.

Daniel Kouts Donald Trampın hakmiyyətə gəldikdən sonra istefaya göndərdiyi çoxsaylı yüksək rütbəli dövlət məmurundan biridir. Buna qədər prezidenti iki milli təhlükəsizlik məsələləri üzrə müşavir, bir müdafiə naziri, dövlət katibi, Ağ Ev aparatının rəhbəri, ABŞ-ın BMT-dəki nümayəndəsi tərk edib./musavat.com

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26