Interposta.Info

CBS: “Belə getsə ABŞ Çin və Rusiya ilə mücadilədən məğlub ayrılacaq”

Siyasət
 14-11-2018, 18:08     10 302

Birləşmiş Ştatlar müdafiə büdcəsini artırmadığı və öz strateji oriyentasiyasından imtina etdiyi təqdirdə Rusiya və Çinlə apardığı mücadilədən məğlub ayrılacaq.

Bu fikri “CBS News” ABŞ Milli Müdafiə strategiyası üzrə komissiyasının məruzəsindən götürüb.

“ABŞ-ın müttəfiqlərini, tərəfdaşlarını və həyati önəm daşıyan maraqlarını müdafiə etmək qabiliyyəti indi daha çox şübhə doğurur”,-telekanal məruzə müəlliflərindən sitat gətirib.

Xəbərdə bununla bağlı bir il öncə milli təhlükəsizlik sahəsində çalışan 12 ekspertə ölkənin müdafiə qabiliyyətinin öyrənilməsi və milli müdafiə strategiyasının dəyərləndirilməsi ilə bağlı tapşırıq verildiyi deyilir.

Ekspertlər bundan ötrü müxtəlif hərbi ekspertlərin, diplomatların, politoloqların müsahibələrini, rəylərini araşdırmaqla bərabər, açıq və məxfi sənədləri təhlil ediblər.

Gəlinən nəticələr 2010 və 2014-cü illərin məruzələrindəkilərlə oxşardır. Lakin bu dəfə faktlar daha sərt şəkildə ifadə edilib. Burada xüsusilə ABŞ-ın hərbi üstünlüyünün əriməsindən, hətta bəzi sahələrdə bitməsindən bəhs edilir. ABŞ-ın düşmənlərinin isə daha təcrübəli, güclü və aqressiv olduğu qeyd edilib.

Məruzənin gəldiyi nəticə ABŞ-ın Rusiya Çinlə olası müharibədə məğlub olma ehtimalının qüvvətli olmasıdır.

“Rusiya və Çin ABŞ-a, onun müttəfiqlərinə, tərəfdaşlarına soyuq müharibənin bitməsindən bu yana daha böyük miqyasda meydan oxumaqdadır. Rəsmi Moskva və Pekin öz hədəflərinə nail olmaqdan ötrü iqtisadi, diplomatik, siyasi və informasiya vasitələri kompleksindən bacarıqla istifadə edirlər” - deyə sənəddə bildirilir.

Ekspertlər Vaşinqtonun Rusiya ilə Baltikyanı bölgədə, Çinlə isə Tayvan adasında ehtimal edilən savaşlarla əlaqədar xoşagəlməz proqnozlarını açıqlayıblar. Onların fikrincə, ABŞ-ın hipersəsli silah və süni intellekdən istifadə kimi texnologiyalardakı üstünlüyünü itirməsi problemi daha da dərinləşdirəcək.

Bu səbəbdən sənədin tərtibatçıları müdafiə büdcəsini daha da arıtrılmasının vacib olduğunu vurğulayıblar.

Noyabr ayında komissiya məruzə Konqresin hər iki palatasının müzakirəsinə verəcək./musavat.com

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26