Interposta.Info

Vaşinqton bu addımı atsa, müharibə başlayacaq

Siyasət
 29-08-2017, 14:01     10 431

Ukraynaya “Javelin” raket komplekslərinin verilməsi elə bir siyasi qərardır ki, bu, Vaşinqtonla Moskva arasında müharibəyə səbəb ola bilər

Axar.az xəbər verir ki, bu barədə “Nyu York Tayms”da məqalə dərc olunub.

Yazıda ABŞ-ın belə bir vacib siyasi qərarı verməsi halında uzunmüddətli nəticələrin dəhşətli ola biləcəyi, hətta Vaşinqtonun hazır olmadığı müharibə ilə üz-üzə qala biləcəyi qeyd olunub. Belə ki, nəzəri olaraq Ukraynaya kömək qərarı çox mükəmməl bir qərar olaraq görünsə də, ictimai müzakirələrin olmaması və bu bəyanatın qəfilliyi narahatlıq doğurur. İndi Kiyevə silahların verilməsi olduqca asan bir siyasi zəfər kimi görünə bilər. Əslində isə zəif bir siyasətin nəticəsidir. 50 milyon dollar məbləğində raket sistemləri ilə Ukraynanı təmin etmək fikri Suriya müxalifətini hazırlamaq və təchiz etməklə bağlı Vaşinqtonun könülsüz cəhdlərini çox xatırladır. Bu plan zəif düşünülmüşdü. Buna görə 2015-ci ildə Suriya Prezidenti Bəşər Əsəd tərəfindən Suriya münaqişəsinə müdaxilə edildiyi zaman məğlubiyyətə səbəb oldu.

Rusiyanın Ukraynadakı maraqları isə daha əhəmiyyətlidir. Heç kim bu bölgədəki Rusiya hərbi üstünlüyünə şübhə ilə yanaşmır. Eyni zamanda, ABŞ-ın bu bölgədə təsir imkanları demək olar ki, sıfra bərabərdir. Bundan əlavə, Ukraynaya silah göndərmək təklifi üçün düzgün vaxt seçilməyib, çünki 2 ildən artıqdır Rusiya ərazidə aktiv hərbi əməliyyatlar həyata keçirmir.

Qeyd edək ki, ABŞ-ın Müdafiə naziri Ceyms Mettis Ukraynaya səfəri zamanı Ukraynaya müdafiə təyinatlı silahların verilməsi təklifini şəxsən dəstəklədiyini açıqlamışdı.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26