ABŞ üçün YEGANƏ YOL: Moskva ilə anlaşma və Türkiyə üçün
ABŞ “Zeytin budağı” əməliyyatı və Suriya ordusunun qələbələrindən sonra bölgədən “qəbul edilə bilən” şərtlərlə çıxmağı müzakirə edir.
interposta.info Publika.az-a istinadən xəbər verir ki, bu haqda ABŞ-ın Xarici Əlaqələr Şurasının mətbu orqanı olan “Foreign Affairs” son məqaləsində Suriya ordusunun qəti qələbəsini etiraf edib.
“Vaşinqton Bəşər Əsədin bu qələbəsini necə idarə edəcək və daha əhəmiyyətlisi, ABŞ Suriyadan necə çıxacaq” sualının cavab axtarır”, - nəşr yazıb.
Məqalədə PKK/PYD terror təşkilatının Suriya ilə razılaşmasının yeganə həll variantı olacağı fikri ön plana çıxarılıb.
“ABŞ-ın Suriyadan çəkilməsi üçün açıq bir yol var: rejim və “Suriya Demokratik Qüvvələri” arasında razılaşma əldə etmək. İki tərəf Əsədin hakimiyyətdə qalmasına qarşıdır. ABŞ prezidenti Donald Tramp diqqətini rejim dəyişikliyinə yönəldib və aralıq yolu tapmaq çətin ola bilər. Türkiyə isə diqqətini PYD-yə qarşı mübarizəyə ayırdığı bir vaxtda, onun dəstəklədiyi suriyalı müttəfiqləri nəhayət, rejimi yıxmaq istəyə bilər. Suriyadakı müharibə hələ də davam edir. Vaşinqtonun çəkilməsi üçün çətin qərarlar qəbul etməsi tələb olunur. Qısamüddətli dövrdə işlər mürəkkəb olacaqdır. Uzunmüddətli perspektivdə isə nəticə aydındır: rejim müxalifət üzərində qəti qələbə qazanacaq. ABŞ üçün problem hazırda budur: Əsədin qələbəsini qəbul etmək və məqbul şərtlərlə Suriyadan çəkilmək “, - məqalənin müəllifi Aareon Steyn qeyd edib.
Rusiya ilə anlaşmaq mümkündür
“Türkiyənin Afrin əməliyyatı və Amerikanın Suriyadakı gələcəyi” başlıqlı məqalədə ABŞ və Rusiyanın qəbul edilə bilən şərtlərlə uzlaşa biləcəyi proqnozlaşdırılır:
“Suriya Demokratik Gücləri” və Suriya ordusu arasında ciddi qarşıdurmalar baş vermir. Əslində, ABŞ və Rusiya arasında razılaşmanın mərkəzində “Suriya Demokratik Gücləri” dayanır. Moskva ABŞ-ın varlığına qarşı olmaqla geniş siyasi hədəfləri arasındakı tarazlığı qorudu. Rusya YPG ilə anlaşmada olduğu kimi maraqları paylaşa bilər”.
Türkiyə-Suriya sərhədi təmizlənəcək
Ehtimal olunan ssenaridə Türkiyə sərhədində yerləşən və Əsədin əleyhinə olan təşkilatların məğlub olacağını yazan müəllifin sözlərinə görə, Moskva güclü təsiri olduğu şimali-qərbdə kürdlərlə danışıqlarda əhəmiyyətli vasitəçi ola bilər.
“Rejim və “Suriya Demokratik Gücləri” arasında razılaşma ABŞ-ın Suriyanın şimalında sabitliyi təmin edərək buradan çıxması üçün ilkin şərtidir. Bu nöqtədə Moskva ilə maraqlar üst-üstə düşə bilər. Belə bir nəticə Türkiyənin əleyhinə olsa da, Ankara, Rusiya və Birləşmiş Ştatlardan gücsüzdür. Türkiyənin dəstəklədiyi qruplar hər zaman rejimin düşmənləri kimi görünüblər və onlar təhdid kimi qəbul ediləcək. Bu vəziyyətdə Türkiyənin mövqeyi müdafiəsiz qalacaq və bu, nəhayət sərhədi təmizləyəcək bir əməliyyata yol açar”, - məqalədə Suriyada proseslərin mümkün gedişatı proqnozlaşdırılıb.
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26